525ci qəzet Düşənbədə xeyriyyə yarmarkasında Azərbaycan pavilyonu təşkil olunub
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edərək ölkələrin pavilyonları ilə tanış olub.
Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan səfirliyi də tədbirdə fəal iştirak edib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir S.Muhriddinə məlumat verib.
Tədbirdə qonaqlara Azərbaycanın milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, milli mətbəx və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən turizm imkanları haqqında məlumatlar çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Dekabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















