525ci qəzet Elmar Baxşıyev bugünkü qələbə, gənclər və növbəti oyun haqda
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında "Mingəçevir"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o deyib: "Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir".
Mütəxəssis qarşıdakı oyun haqda da söz açıb: "Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















