Icma.az
close
up
RU
525ci qəzet Ermənistanda bir neçə yüksək vəzifəli məmur istefa ərizəsi verib

525ci qəzet Ermənistanda bir neçə yüksək vəzifəli məmur istefa ərizəsi verib

Erməni sosial şəbəkələri Paşinyanın bazar günü axşam hökumətdə real təmizləmələr həyata keçirdiyini yazır.

525.az APA-ya istinadən xəbər verir ki, shamshyan.com saytının məlumatına görə, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.

“24news” xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib.

Şayiələrə görə, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da öz həmkarlarından nümunə götürüb.

Qeyd edək ki, bütün bunlar hələ rəsmi təsdiqini tapmayıb.

İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.

seeBaxış sayı:62
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri