Icma.az
close
up
RU
525ci qəzet Ermənistanın Aİyə üzlüyü mümkünsüzdür Ekspert

525ci qəzet Ermənistanın Aİyə üzlüyü mümkünsüzdür Ekspert

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ermənistan heç vaxt Avropa İttifaqına (Aİ) qoşulmayacaq, ölkə hökuməti Cənubi Qafqazdakı vəziyyət fonunda öz siyasi maraqları çərçivəsində Avropaya inteqrasiya kursunu dəstəkləyir.

525.az xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert Ruslan Andreyev deyib.

Bu gün Ermənistan hökuməti ölkənin Avropa İttifaqına  üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bildirib ki, təşəbbüs qəbul edildikdən sonra İrəvan Brüssellə müvafiq yol xəritəsi hazırlamalıdır.

“Böyük hərflərlə və sözlərlə: Ermənistan heç vaxt Aİ-yə daxil olmayacaq. Daha doğrusu, heç vaxt orada qəbul olunmayacaq. Ən azından coğrafi səbəblərə görə. Suala özünüz cavab verin: Aİ-nin heç bir dövləti ilə həmsərhəd olmayan dövlət Aİ-yə daxil ola bilərmi?”, - ekspert əlavə edib.

Onun fikrincə, Paşinyan hakimiyyəti “daxili ictimaiyyətin xəyali uğurlarından həzz alması” üçün belə bəyanatlar verir: “Cənubi Qafqazda vəziyyət qızışır, İrəvan Konstitusiyaya dəyişikliklərdən və Azərbaycanla sülh sazişindən yayına bilməz. Sadəcə Paşinyan üçün güc və qələbələr nümayiş etdirmək həyati əhəmiyyət kəsb edir. O, bunu ya KTMT-dən çıxmaqla, ya da Belarus prezidenti Aleksandr Lukaşenko ilə mübahisə etməklə edir”.

Ekspertə görə, bu taktika Paşinyan hökuməti üçün qısamüddətli perspektivdə heç bir risk yaratmır, çünki Aİ-nin yol xəritələri 10 il müddətinə yazıla bilər və üzvlüyə namizəd olmaq daha 20 il çəkə bilər.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri