Icma.az
close
up
RU
525ci qəzet Fatih Terim: “COP29un Azərbaycanda keçirilməsi qürurvericidir”

525ci qəzet Fatih Terim: “COP29un Azərbaycanda keçirilməsi qürurvericidir”

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir

525.az Report-a istinadən xəbər verir ki, bunu türkiyəli futbol mütəxəssisi, “Qalatasaray” Futbol Klubunun və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim “Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

“Bakıda olmaqdan duyduğum məmnuniyyəti ifadə etməklə başlamaq istəyirəm. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın ən böyük təşkilatlarından birinə Bakının ev sahibliyi etməsi, həqiqətən, mənim üçün və hər kəs üçün qürurvericidir. Görürəm ki, şəhərin hər tərəfində bu tədbiri ən yüksək səviyyədə keçirmək üçün çox gözəl bir ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik etmək istəyirəm”.

O, “Qarabağ” Futbol Klubuna xüsusi dəvətləri və ona göstərdikləri isti münasibət üçün təşəkkür edib: “Bu gün “Qarabağ” Futbol Klubunu da ziyarət edərək, həmkarım Qurban Qurbanovu görmək fürsəti qazandım. Onunla çox səmimi bir söhbətimiz oldu, onu çox sevirəm və daim izləyirəm. Bu arada, heç kimin inciməsini istəməzdim. Sadıq Qarayevə də buradan salam göndərmək istəyirəm. O, Türkiyədə futbolçu kimi çıxış edib və indi həmkarımızdır. Ona da bir salam göndərmək istədim”.

F. Terim deyib ki, COP29-un rəhbərliyi və COP29-un dəstəyi ilə “Qarabağ” və Avropa Klublar Birliyinin birgə təşkilatçılığı ilə yaradılacaq bu ittifaqın növbəti illərdə fərqli klubların iştirakı ilə daha da güclənəcəyinə əmindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see176

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see120

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri