525ci qəzet Formula 1 üzrə Azərbaycan Qranprisinin vaxtı açıqlandı
525.az saytına istinadən Icma.az xəbər verir.
Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.
525.az formula1.com-a istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı məlum olub.
Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi yarış 19-21 sentyabr tarixlərində baş tutacaq. Bu, mövsümün sayca 17-ci Qran-prisi olacaq.
Formula 1 üzrə 2025-ci il dünya çempionatı martin 14-də Avstraliyanın Melburn şəhərində start götürəcək. 1 həftə sonra Şanxay Qran-prisi baş tutacaq. Daha sonra ardıcıllıqla Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ (Mayami), İtaliya (İmola), Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Belçika, Macarıstan, Niderland, İtaliya (Monza), Azərbaycan, Sinqapur, ABŞ (Austin), Meksika, Braziliya, ABŞ (Las-Veqas), Qətər Qran-priləri təşkil ediləcək. Mövsümə isə Abu-Dabidə (5-7 dekabr) yekun vurulacaq.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















