Icma.az
close
up
RU
525ci qəzet Fransanın Martinika cinayətləri

525ci qəzet Fransanın Martinika cinayətləri

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Uzun illərdir müxtəlif xalqlar üzərində müstəmləkəçilik siyasətini davam etdirən Fransa əsarət altında saxladığı xalqları əzməkdə, onların azadlıq mübarizəsini ən sərt üsullardan istifadə edərək boğmaqdadır. Fransanın zülmü altında olan ərazilərdən biri də Martinikadır. Xüsusilə, son illər Makron hakimiyyəti tərəfindən Martinikaya qarşı çox ən amansız siyasət həyata keçirilir.

Bir neçə gün əvvəl isə bu ərazidə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito həbsindən sonra iğtişaşlar baş verib. Belə ki, Rodriqe Petito Martinikada səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman polis rəisi ilə mübahisə etdiyi üçün həbs edilib, lakin etirazlardan sonra ev dustaqlığına buraxılıb. Onun mühakimə ediləcəyi gözlənilir.

Göründüyü kimi, Fransa zorakı və özbaşına metodlardan istifadə etməkdə davam edir, eyni zamanda, Martinika xalqının toplaşmaq və ifadə azadlığını məhdudlaşdırır. Fransanın dənizaşırı ərazilərdə əsl müstəmləkəçi siyasət yürütdüyü göz önündədir. İnsanların hətta görüş tələb etdiyi üçün saxta ittihamlarla həbs edilməsi bu müstəmləkəçilik siyasətinin hansı həddə olduğunu nümayiş etdirir.

Məlumat üçün bildirək ki, Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Dənizaşırı ərazilərdəki xalqlar haqlı olaraq öz azadlıqlarını tələb edirlər. Çünki bu ərazilərin Fransaya heç bir aidiyyəti, bağlılığı yoxdur. Sadəcə öz işğalçılıq, kolonial xislətindən əl çəkə bilməyən Paris vaxtilə yaranmış fürsətdən istifadə edərək əraziləri özünün müstəmləkəsinə çevirib. İllərdir onların təbii sərvətlərini, resurslarını tar-mar edən Fransa, indi bu əraziləri heç cür əlindən vermək istəmir. 

Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir. Bu fakt artıq özü hər şeyi deyir.

Qeyd edək ki, sentyabr ayından başlayaraq Martinikada yaşayış həddən artıq bahalaşıb, ərzaq qiymətləri Fransa ilə müqayisədə 40 faiz bahalaşıb. Fransa hökuməti problemi həll etmək əvəzinə, öz ənənəsinə sadiq qalaraq adaya qoşun yeritmişdi. Belə ki, polisin xüsusi təyinatlıları "CRS 8"in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) nümayişlərin keçirildiyi Martinik adasına etirazların yatırılması üçün göndərmişdi. 2021-ci ildə yaradılan "CRS 8" bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb. Fransa Martinika xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinika xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir.

Fransa Martinikada öz hakimiyyətini möhkəmləndirmək üçün bir sıra qanunsuz referendumlar keçirib. 1946-cı ildə keçirilən qanunsuz referendum nəticəsində Martinika Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.

2003-cü il referendumunun nəticələrinin saxtalaşdırılması ona gətirir ki, Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir. 2010-cu il referendumunun da nəticələr saxtalaşdırılır və Fransa Martinika xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar.

Fransanın Martinikdada keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər.

Azərbaycan Fransanın bu siyasətini daim gündəmə gətirir. Bakının ev sahibliyi etdiyi COP29 günlərində mövzu bir daha diqqətdə olub.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

“1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb. 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”, - dövlət başçısı bəyan edib.

Göründüyü kimi, Martinika xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərə səbəb olur. Bütün qeyd edilənlər bir daha Fransanın müstəmləkəçi ölkə olduğunu göstərir. Təəssüf ki, bu gün Azərbaycan istisna olmaqla, digər dövlətlər, beynəlxalq təşkilatlar bu məsələdə qətiyyət sərgiləyə bilmirlər. Nəticədə isə Fransa bu xalqları daha çox əzir, sərvətlərini talayır, müstəmləkəçilik siyasətini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri