525ci qəzet Hakimliyə namizədlər üçün test imtahanının vaxtı məlum olub
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
525.az-a bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildiriv ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

