525ci qəzet İtaliyada qar uçqunu 3 turistin həyatına son qoydu
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
İtaliyanın Pyemonte bölgəsində yerləşən Trasker kurortunda qar uçqunu 3 nəfərin ölümünə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən İsveçrə ilə sərhəd yaxınlığında Punta Valqrande yamacında, dəniz səviyyəsindən 2850 metr yüksəklikdə baş verib.
Qar uçqunu nəticəsində daha 2 nəfər qar altında qalsa da, onlar xilas olunaraq helikopterlə xəstəxanaya çatdırılıblar. Xəsarət alanların həyati təhlükəsi olmasa da, güclü stress keçiriblər. Məhz bu 2 nəfər daha 3 turistin uçqun altında qaldığını bildirib.
Həlak olan 3 nəfərin axtarışları aparılmaqla yanaşı, onların kimlikləri də müəyyənləşdirilir.
Qeyd edək ki, yerli hakimiyyət orqanları hələ bir neçə gün əvvəl dəniz səviyyəsindən 2100 metrdən yüksəkdə yerləşən ərazilərdə qar uçqunu olma ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















