525ci qəzet Litvada yük təyyarəsi yaşayış evinin üzərinə düşdü FOTOLAR
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün yerli vaxtla 03:30-da Litvanın paytaxtı Vilnüs yaxınlığında yük təyyarəsi 2 mərtəbəli yaşayış evinə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Leypsiq şəhərindən Vilnüsə uçan DHL şirkətinə məxsus "Boeing 737" təyyarəsi aeroporta eniş edərkən qəza törədib.
Təyyarənin göyərtəsində 4 nəfər olub - 2 pilot və DHL şirkətinin 2 əməkdaşı. Pilotlardan biri həlak olub. Digər 3 nəfər yaralanıb.
Qəza yerində yanğın baş verib. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu ram ediblər.
Qeyd edək ki, yaşayış evinin sakinləri arasında itki yoxdur. 12 nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə evakuasiya edilib.
L.Tağıyeva
Baxış sayı:106
Bu xəbər 25 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















