525ci qəzet Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonunun Masazır qəsəbəsində bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub.
Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, intensiv yağan yağışlarla əlaqədar Masazırda bəzi ərazilərin subasmaya məruz qalması barədə nazirliyə məlumatlar daxil olub:
"FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".

