Icma.az
close
up
RU
525ci qəzet Mətbuat Şurası APAnın 20 yaşını təbrik edib

525ci qəzet Mətbuat Şurası APAnın 20 yaşını təbrik edib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurası APA Holdinqi 20 illik yubiley münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“İşini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biri də APA-dır. APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib.

Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib. Təcrübəsini və yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə çulğalaşdıran dəyərli həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib. Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir. 

Ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır. APA belə bir bazanı, gələcək üçün təminatı formalaşdırmağı bacararaq, böyük ailəyə - APA Holdinqə çevrilib, daima media fəaliyyətinə, ümumən yaradıcılığa çoxşaxəli yanaşmanı, rəngarəngliyi rəhbər tutub. Əminliklə demək olar ki, böyük APA ailəsi, eyni zamanda, əsl jurnalistika məktəbi, media cameəsinə, bütövlükdə isə cəmiyyətə nümunədir. 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti hər zaman peşə dəyərlərinə sadiq qalan nümunəvi qələm sahiblərinin çalışdığı APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edir, onun bütün kollektivinə - rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərini çatdırır, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır”.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri