525ci qəzet Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək
525.az saytına istinadən Icma.az xəbər verir.
Sosial sahə ölkə Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, növbəti ildə səhiyyə xərclərinin 70,6%-i icbari tibbi sığortaya yönəldiləcək və İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq:
“İcbari tibbi Sığorta Fondunda vəsait artımı xidmətlərin keyfiyyətinə də təsir edəcək. Səhiyyə üzrə Dövlət Proqramı çərçivəsində müalicə alanlar da icbari tibbi sığorta ilə əhatələnir. Bu keçidi sürətləndirmək lazımdır. Əhaliyə göstərilən tibbi xidmətlərdə problemlər də mövcuddur. İlkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















