Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

525ci qəzet Minnətdarlıq: Heydər Əliyev irsinə böyük ehtiram

525ci qəzet Minnətdarlıq: Heydər Əliyev irsinə böyük ehtiram

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahin Rəhmanlı

İRƏLİ İB-nin sədri

Tarixin ən yadda qalan səhifələri xalqının çətin günlərində ömrünü ona fəda edən liderlərin əməyi və verdiyi qurbanlar üzərində qurulur. Məhz Ulu Öndər Heydər Əliyev də müasir Azərbaycanın tarixində belə bir yer tutur. Onun xalqına sevgi dolu xidmətləri, millətə inamı və gələcək nəsillər üçün qoyduğu ölməz irsi bu gün bizə qürurla minnətdarlıq ifadə etmək üçün zəmin yaradır. Heydər Əliyev – yalnız bir lider deyil, həm də millətimizin ruhunu, gücünü və mədəniyyətini qoruyan, gələcək nəsillərə əvəzsiz miras qoyan bir ilham mənbəyidir. Onun həyatı bir qəhrəmanlıq dastanı kimi oxunur; hər səhifəsi millətinə xidmət, vətəninə sevgi və insana dərin hörmətlə doludur. Azərbaycan tarixinin ən parlaq dövrlərindən biri məhz onun zəhməti, iradəsi və uzaqgörən siyasəti ilə yazıldı.

Ulu Öndərin səmimi və uzaqgörən liderliyi yalnız siyasi nailiyyətləri ilə deyil, həyatı boyu böyük bir sevgi və qayğı ilə bəslədiyi insani dəyərlərə olan hörməti ilə də təsdiqini tapır. Dövlətimizin çətin günlərində məhz o, xalqına arxa-dayaq olmağı, ölkəsini yeni zirvələrə aparmağı bir missiya kimi qəbul etdi. 1993-cü ildə xalqın təkidi il bu missiyanı 2-ci dəfə öz üzərinə götürməklə bir daha ölkəmizə bağlılığını sübut etmiş oldu. Ümummili lider, çökməkdə olan iqtisadiyyatdan tutmuş siyasi xaosa qədər bir çox problemi həll edərək, vətənimizi sabitliyə və inkişaf yoluna qovuşdurdu.

Heydər Əliyev deyirdi ki, təhsil millətin gələcəyidir. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində ali təhsil alma imkanı qazandı. Təhsil sistemindəki islahatlar özünü yalnız məktəblər və universitetlərdə deyil, həm də ucqar bölgələrdə göstərirdi. Belə ki, o inanırdı ki, hər bir gəncin bilik almaq haqqı var və bu haqq xalqımızın gələcəyi naminə qorunmalıdır. Bu islahatlar təkcə təhsil sahəsində deyil, bütün istiqamətlərdə intensiv şəkildə aparılırdı. Lakin onun ən böyük arzusu azad Qarabağ idi. Heydər Əliyev heç vaxt unutmadı ki, bu torpaqlar azad olunmalıdır. O, bütün ömrünü Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsinin həllinə yönəltdi. Onun siyasəti, bu arzunun gerçəkləşməsi yolunda möhkəm bir təməl daşı idi. Heydər Əliyevin qoyduğu möhkəm bünövrə Qarabağın işğaldan azad olunması prosesində  öz əksini tapdı. Müzəffər Ali baş komandan, Prezident İlham Əliyev atasının irsinə layiq bir lider kimi, möhkəm iradəsi, yüksək peşəkarlığı və iti zəkası ilə 44 günlük Vətən müharibəsinə rəhbərlik edərək tarixi zəfər qazandı. Bu müharibə, yalnız hərbi bir qələbə yox, həm də Heydər Əliyevin uzaqgörən siyasətinin və müasir Azərbaycanın qüdrətini sarsılmaz bir şəkildə təsdiq edən zəfər idi. 

Bu gün Heydər Əliyevin mirası təkcə şəkillərdə və abidələrdə deyil, həyatımızın hər bir sahəsində hiss olunur. Müxtəlif nəsillərdən olan azərbaycanlılar onun adını çəkərkən minnətdarlıq hissi duyurlar. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməklə xalqımızı, millətimizi birliyə, həmrəyliyə çağırdı. Həmin həmrəylik, birlik ideyaları illər sonra özünü vətən müharibəsi zamanı ən yüksək şəkildə bir daha göstərmiş oldu. Hər bir azərbaycanlı bu günü şərəflə qeyd edir, ölkəmizin rifahı və dünya azərbaycanlılarının birliyini təmin edən Ulu Öndər ideallarına minnətdarlığını ifadə edir.

Onun bizə qoyduğu irs yalnız keçmişi deyil, gələcəyi də aydınlandıran işıqdır. Heydər Əliyev əbədi olaraq bizim qəlbimizdə və tariximizdə yaşayacaq. Biz ona minnətdarıq, çünki o, Azərbaycanın işıqlı gələcəyini qurdu və bu yolda bizə zəngin irs miras qoydu. Bu gün biz onun mirasını yaşadırıq və daha güclü Azərbaycan üçün onun izi ilə gedirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri