Icma.az
close
up
RU
525ci qəzet Moskvada kəlağayıya həsr olunmuş təntənəli gecə

525ci qəzet Moskvada kəlağayıya həsr olunmuş təntənəli gecə

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva millətlər evində, Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin onilliyinə həsr olunmuş təntənəli gecə keçirilib.

525.az xəbər verir ki, kəlağayı Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. O, Odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olmaqla yanaşı, həm də qədim mədəniyyətimizin, tarixi ənənələrimizin simvoludur.

Əsrlərlə kəlağayı vasitəsilə qadınlarımız öz sevgisini izhar etmiş, eləcə də davala son qoymuşlar.

Kəlağayı gözəlliyilə yanaşı, həm də təkrarolunmazdır. Əl işi olan bu yaylıqlar nadir çeşidlərə, rənglərə və naxışlara malikdir. Kəlağayıların üzərindəki naxışlar aşağıdakı qruplara ayrılır: kəlağayının qıraqları boyunca vurulan və haşiyə əmələ gətirən təsvirlər; künclərə və ortaya vurulan təsvirlər. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunub. "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar böyük şöhrət qazanıb.

Kəlağayının xalis ipəkdən toxunuşu da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, incəliyilə üzükdən keçən bu yaylıqlarımız, saçları soyuqdan və istidən, həşəratlardan, elektriklənmədən qorumaq kimi üstünlüklərə də malikdir.

Tədbirin moderatorları Sona və Leyla - milli geyimdə və milli baş örtüyündə səhnəyə çıxaraq qonaqları səmimi sözlərlə salamladılar.

Moderatorlarımız ilk növbədə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Kəlağayımızın beynəlxalq arenada tanınmasını və təsdiq olunmasını qeyd etdilər.

Moskva şəhəri Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov salamlama nitqi ilə çıxış edərək, daimi dəstəyə görə, paytaxtda millətlərarası harmoniya və mədəni müxtəlifliyin qorunub saxlanması istiqamətində müdrik siyasətə görə Moskva Millətlər Evinin direktoru Sergey Sergeyeviç Anufrienkoya, eləcə də Milli siyasət və Regionlararası əlaqələr departamentinin rəhbəri Vitali İvanoviç Suçkova təşəkkürlərini bildirdi.

Sonra Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli azərbaycan xalqının milli musiqi aləti olan sazın müşayiəti ilə öz məharətini nümayiş etdirdi.

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev də öz çıxışında qonaqları salamlayaraq, zalda çoxlu sayda başqa millətlərin nümayəndələrinin olduğunu vurğuladı və sonra Bakı Dövlət Universitetinin professoru və kafedra müdiri, tanınmış mütəxəssis, Kəlağayı sənətinin dünyada təbliğatçısı, 2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Cəlil Tarıverdiyev və Zəhra Müllerin həmmüəllifliyi ilə nəşr olunmuş kitabın müəllifi Rəna İbrahimbəyovanı iştirakçılara təqdim etdi. Qeyd edildi ki, bu nadir kitabda 35 növ milli baş örtüyündən, ornament və forma-qəliblərdən bəhs edilir.

Qonaqlar maraqlı faktlarla dolu video-mühazirəni böyük maraqla izlədilər.

Daha sonra, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış, Azərbaycanın mədəni ənənələrinə hörmətlə yanaşan və onları diqqətlə qoruyan istedadlı Azərbaycan gənclərinin səhnələşdirdiyi musiqili nömrə tamaşaçılara təqdim olundu.

Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova Kəlağayı haqqında şeirlər oxudu və səhnəyə Azərbaycandan qonağı –  rəssam, dizayner Cəmilə Hacısəmədzadəni dəvət etdi. O, Ülviyyə Əzizovanın iştirakı ilə (gözəl canlı maneken üzərində) kəlağayının geyinmə üsullarını nümayiş etdirdi.

Daha sonra istedadlı sənətçilər: Leyla Yusifova, Gülnur Alışeva, MDBMİ-nin dosenti, türkmən dili müəllimi Maya Kliçeva müxtəlif Azərbaycan mahnıları ifa etdilər.

AYB Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı da bu gözəl tədbirdə çıxış edərək, kəlağayının özəlliklərindən, həm də bir həkim kimi, onun şəfalı xassələrindən danışdı.

Afaq Şıxlının rus dilində yazdığı “Келагай” (Kəlağayı) həsr etdiyi şeiri sevimli qiraətçimiz Ülviyyə Əzizova tərəfindən məharətlə oxundu və sürəkli alqışlarla qarşılandı.

Bəxtiyar Həsənov dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar arasında 2-ci yeri tutmuş Qadınlar birliyinin üzvlərinə “Qadın ipək baş geyimləri ənənəvi mədəniyyəti və onun simvolizmi” müsabiqəsinin qaliblərinə Diplomlar təqdim etdi.

Qaşım Əliyev səhnəyə tədbirin xüsusi qonaqlarını: Raimkul Attakurovu, Adigit Buranovu və Svetlana Çernitskayanı dəvət etdi. Onlar bu əlamətdar günlə bağlı, eləcə də Azərbaycan və azərbaycanlılar haqda təəssüratlarını bildirdilər.

Səhnədə və zalda müxtəlif rəngli və unikal naxışlı şərflərin, suvenirlərin, Azərbaycanın dekorativ sənət nümunələrinin sərgisi, o cümlədən gözəl yaylıqlarımızı tərənnüm edən xanımların defile paradı təşkil olunmuşdu.

Sonda Gülnur Alışevanın ifasında  “Can Azərbaycan” mahnısı gurultulu alqışlarla qarşılandı.

Tədbirin təşkilatçıları və qonaqlar tədbirin müzakirəsini ənənəvi milli şirniyyatlar və Azərbaycan çayı təqdim olunan süfrə arxasında davam etdirdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri