525ci qəzet Musialanı Messi və Ronaldo ilə müqayisə etdi
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bavariya"nın idman direktoru Maks Eberl futbolçusu Camal Musialadan danışıb.
QOL.az goal.com-a istinadən xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçinin Münhen təmsilçisi üçün əhəmiyətli oyunçu olduğunu deyib:
“Musialadan asılıyıqmı? "Barselona"nın Lionel Messisi, "Real"ın Kriştiano Ronaldosu var idi. "Bavariya"da isə Musiala var. Onlar matçların nəticəsini həll edə bilən böyük oyunçulardır. Biz bilirik ki, Camal da bunu bacarır. Biz onun nə qədər böyük futbolçu olduğunu anlayırıq”.
Qeyd edək ki, bu mövsüm Musiala bütün yarışlarda 18 matçda iştirak edib, 10 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, onun transfer dəyəri 130 milyon avrodur.
Baxış sayı:111
Bu xəbər 09 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















