525ci qəzet Naxçıvanda 1 500dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə 1 574 ədəd elektrik sayğacı yenisi ilə əvəzlənib.
525.az-a bu barədə muxtar respublikanın Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində əlavə olaraq 1 022 yeni sayğac quraşdırılıb ki, bunlardan 373-ü smart-kart tipli əhali sayğacı, 48-i isə smart-kart tipli kommersiya sayğacı olub. Hazırda bu tip sayğacların ümumi sayı 32 502 ədədə çatıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Naxçıvan Muxtar Respublikasının Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması işləri sürətləndirilib.

