Icma.az
close
up
RU
525ci qəzet Pakistanda mikroavtobusa silahlı hücum 38 nəfər ölüb

525ci qəzet Pakistanda mikroavtobusa silahlı hücum 38 nəfər ölüb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində azı 38 nəfər ölüb, 11 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, polis məmuru Kaleem Şah bildirib ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara atəş açıb.

Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Pakistanın daxili işlər naziri Muhsin Naqvi də hücumda ən azı 38 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.

Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Hayber Paxtunxva Administrasiyasının sözçüsü Məhəmməd Əli Seyf bildirib ki, karvanda təxminən 200 avtomobil olub və hücum edənlər əvvəlcə polisə atəş açıblar.

Seyf qeyd edib ki, hücumla bağlı araşdırmalar davam edir.

Pakistanın baş naziri Şahbaz Şərif açıqlamasında hücumu pisləyib və hücum edənlərin şəxsiyyətinin müəyyən edilərək mühakimə olunmasını əmr edib.

Qeyd edək ki, Hayber Paxtunxva əyalətinin baş naziri Əli Əmin Qandapur hücumda həyatını itirənlərin ailələrinə maddi yardım ediləcəyini açıqlayıb.

Malik Atilay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri