525ci qəzet Pələng yaşlı kişini öldürdü, qurbanların sayı 25ə yüksəldi
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanın Maharaştra ştatında pələngin çobana hücumu faciə ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən bazar Qaneşpur Patli kəndində baş verib.
72 yaşlı Çandrabxan Qanpat Loxande keçiləri kəndin yaxınlığındakı otlaq sahəsinə aparıb. Amma şər qarışandan sonra ondan xəbər çıxmayıb. Çobanın axtarışına çıxan həmkəndliləri onun parçalanmış meyitini otlaq sahəsindən bir qədər aralıda tapıblar.
Meşə təsərrüfatı departamentindən verilən açıqlamada pələngin kəndlini meşəyə sürüyərək orada parçaladığı bildirilib.
Qeyd edək ki, Loxande son 1 ildə vəhşi heyvanlar tərəfindən bu ştatda öldürülən 25-ci insandır. 24 nəfər pələnglərin, 1 nəfər isə qabanın qurbanı olub.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















