525ci qəzet Polşa liderindən Şoltsa ittiham
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya kansleri Olaf Şolts ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Ukrayna nizamlanmasından kənarlaşdırmağa çalışır. O, Rusiya prezidenti Vladimir Putinə bu məqsədlə zəng edib.
525.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda Bloomberg-ə müsahibəsində deyib.
“Hesab edirəm ki, bu, Donald Tramp vəzifəsinə başlamazdan əvvəl Ukraynada atəşkəsə nail olmaq cəhdi idi”, - siyasətçi əlavə edib.
Duda Almaniya kanslerinin keçən ay Berlində prezident Co Baydeni, Fransa və Britaniya liderlərini Ukraynanın gələcəyi ilə bağlı danışıqlara dəvət etmək qərarını da tənqid edib. Polşa lideri Vladimir Zelenskiyə masa arxasında yer verilməməsindən təəssüfləndiyini bildirib.
Bundan əvvəl Olaf Şolts Putinlə Ukraynadakı vəziyyəti müzakirə etməyin vacibliyini bəyan edib. O deyib ki, Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqının mövqeyini ona çatdırmaq üçün Rusiya dövlət başçısı ilə danışıqlar lazımdır. Eyni zamanda, Almaniya lideri Putinlə söhbətdən sonra onun mövqeyində heç nə dəyişmədiyini qeyd edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















