525ci qəzet Qəbələdə ölümlə nəticələnən yol qəzası
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
525.az "Report"a istinadən xəbər verir ki, “VAZ 21015” markalı avtomobil Qəbələ rayonunun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















