Icma.az
close
up
RU
525ci qəzet Qəyyur Yunus yaradıcılığının fərqliliyi və sehri

525ci qəzet Qəyyur Yunus yaradıcılığının fərqliliyi və sehri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əsgər Quliyev
.

Ölkəmizin milli rəngkarlıq məktəbinin inkişafına layiqli töhfələr bəxş etmiş sənətkarlardan biri də Xalq rəssamı Qəyyur Yunusdur. O, çağdaş rəssamlıq sənətimizin ən layiqli nümayəndələrindən biridir.

Qəyyur Habil oğlu Yunusov 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. Dahi rəssam Səttar Bəhlulzadə ilə qohumluq bağı var. Q.Yunus lap kiçik yaşlarından rəssamlığa maraq göstərib. Balaca vaxtlarından S.Bəhlulzadənin emalatxanasına gedib-gəlib, dahi rəssamdan sənətin sirlərini öyrənməyə başlayıb. Peşəkar rəssamlıq təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə Tbilisi Rəssamlıq Akademiyasında alıb. Rəssamın ölkəmizlə yanaşı, bir sıra xarici dövlətlərdə fərdi sərgiləri təşkil olunub. Q.Yunusun əsərləri ölkəmizin və dünyanın başqa dövlətlərinin nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. İstedadlı rəssam bir sıra nüfuzlu mükafatlara və medallara layiq görülüb.

Bir rəssamın yetişməsində, yetkinləşməsində və püxtələşməsində onun doğulduğu məkan, təhsil aldığı mühit əsas faktordur və şübhə yox ki, bu amillər yaradıcı şəxsin həyatında mühüm rol oynayır. Q.Yunus Avropa yönümlü rəssamlıq təhsili alıb. Amma onun yaradıcılığının ana xətti və əsas qayəsi Şərq incəsənətindən, Azərbaycan incəsənətinin ayrılmaz qolu olan Qacar üslubundan qaynaqlanır və rəssamın yaratdığı bədii sənət nümunələri bunu hər vəchlə özündə ehtiva edir. Təbii ki, bu, rəssamın bədii dünyagörüşündən və ömrü boyu apardığı bədii müşahidələri əsasında gəldiyi qənaətlərdən yaranıb. Rəssamın özü bu barədə deyir: "Mənim bu istiqamətdə işləməyim Tbilisidə təhsil aldığım illərdə orada Qacarlar üslubunda yaradılmış sənət əsərləri ilə tanışlığımdan başladı və bunun mənim yaradıcılığıma böyük təsiri oldu".

Rəngkarlıq ustası gördüklərini bədii təxəyyülündən keçirməklə və islam incəsənətinin əsas xüsusiyyətlərini araşdırmaqla öz yaradcılıq manerasını zənginləşdirib və sonda yaradıcılıq dəst-xəttini, özünün bədii yaradıcılıq cığırını formalaşdırıb.

Q.Yunusun əsərlərinə tamaşa edən zaman sanki adam ayrı bir aləmə düşür. Sənətkarın sirli tablolarında rəssamın bədii təxəyyülündən süzülüb gələn obrazlar, nəsnələr, əsərin ümumi ab-havası tamaşaçını öz dünyasına çəkib aparır. Rəssamın tablolalarında elə bil dərin mistika var. Tamaşaçı sanki obrazların statik, dolğun, mənalı və müəmmalı nəzərləri qarşısında qeyri-ixtiyari olaraq fikirlərə dalır, düşüncələrə qərq olur. Elə bil mənəvi cəhətdən saflaşır, durulur. Fikrimcə, bu, rəssamın elə əsl istəyinin, yaradıcılıq qüdrətinin nəticəsidir. Q.Yunus yaratmış olduğu obrazlar - əsasən də qadın obrazları timsalında ümumiləşmiş Azəbaycan qadınının saf, ülvi, məhrəm obrazını yaratmağı qarşısına məqsəd qoyub və öz istəyinə uğurla nail ola bilib.

Rəssamın yaratdığı kompozisiyalarda məkan tutqun tonlardadır. Bu, istər açıq, istərsə də qapalı məkanda işlənilmiş tablolarda olsun, eyni ilə belədir. Rəssamla Əmircanda yerləşən yaradıcılıq emalatxanasında görüşümüzdə onunla apardığımız sənət söhbətləri adama ayrı bir estetik zövq bəxş edir.

Qəyyur müəllimin minilliklərə söykənən İslam incəsənəti, mənəvi dini dəyərlərimiz, ölkəmizin zəngin incəsənət tarixi, rəssamlığın hazırkı durumu, rəssamın fərdi yaradıcılıq xüsusiyyətləri, onun rəssam kimi missiyası və gələcək planları baradə söhbətlərini dinlədikcə nə qədər kamil və zəngin bədii təxəyyülə, dünyagörüşə malik bir insanla, müdrik rəssamla qarşı-qarşıya qaldığını dərk edirsən.

Rəssamın yaradıcılıq nümunələri - təsvir edilən məkanlar və qəhrəmanlar ilk baxışda sadə, cəlbedici, ovsunlayıcı olmasına, tamaşaçıda xoş hisslər, duyğular yaratmasına baxmayaraq, birdən adam özü də bilmədən bu məkanda və qəhramanların içində - süjetin alt qatlarında gizlənmiş, minilliklərdən süzülüb gələn, dərin məna-məzmun yükünə malik hadisələrin axırına düşüb gedir, həmin aləmə qərq olur, tabloda kilidlənmiş ilahi gözəlliklə qovuşur.

Q.Yunus yaradıcılığı, bədii dünyagörüşü və sənət dünyası haqqında, onun düşündürən və bədii zövq aşılayan çoxsaylı tabloları haqqında bir sıra sənətşünaslar, sənət adamları yüksək fikirlər söyləyib, məqalələr yazıblar. Bu yerdə sənətşünas Sara Nəzirovanın rəssamın yaradıcılığı haqqında yazmış olduğu: "Elə tablolar var ki, onlardan insanlığın bir anı, yaxud müəyyən bir zamanı baxır. Qəyyur Yunusun tablolarından isə xalqımızın ən azı min illik mədəniyyəti boylanır" - cümlələri yada düşür.

"Salam olsun o şəxsə ki, ruhunun qidası gözəllikdir" - deyən Xalq rəssamı Qəyyur Yunusun tablolarında əks olunan, minilliklərdən süzülüb gələn işıq gələcək dövrləri də sənət nuruyla aydınladacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri