525ci qəzet “Qəzza zolağı ilə bağlı danışıqlarda irəliləyiş var” Netanyahunun müşaviri
Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Qəzza zolağı ilə bağlı danışıqlarda irəliləyiş var, lakin girovların azad edilməsi ilə bağlı razılaşmalar hələ əldə edilməyib”.
525.az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
İsrail nümayəndəsi ümidvar olduğunu bildirib ki, beynəlxalq səylər son nəticədə uğur qazanacaq və tezliklə girovlar azad olunacaq.
Qeyd edək ki, İsrail nümayəndə heyəti atəşkəs və Qəzza zolağında girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gəlib. Bildirilir ki, nümayəndə heyətinə ordunun, eləcə də “Şin Bet” və “Mossad” kəşfiyyat xidmətinin nümayəndələri daxildir.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Misir XİN: Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var
19 Avqust 2025 21:19
Netanyahunun müşaviri 25 ölkənin Qəzza müharibəsi ilə bağlı bəyanatını zərərli adlandırıb
22 İyul 2025 07:58
Netanyahunun Qəzza ilə bağlı planı bəlli oldu
05 Avqust 2025 00:57
Makron Netanyahunun Qəzza ilə bağlı planını tənqid edib
11 Avqust 2025 16:50
İsrail və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var KİV
18 Dekabr 2024 02:36
Baxış sayı:71
Bu xəbər 18 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















