525ci qəzet Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniya və Bolqarıstan 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasının tam ştatlı üzvü olacaq.
525.az APA ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bəyanat yayılıb.
"Avropa İttifaqına üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaları ləğv etmək qərarına gəliblər", - bəyanatda qeyd edilib.
"Nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen üzvü kimi qəbul etmək üçün tarixi bir məqamdır. Həmin üzv dövlətlərlə və onların arasında olan daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyi üçün əsas prioritet olub və bu gün biz bunu reallığa çevirmişik. Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarının deyil, bütövlükdə Aİ-nin də xeyrinə olacaq", - Macarıstanın daxili işlər naziri Şandor Pinter bildirib.
Baxış sayı:136
Bu xəbər 12 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















