Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

525ci qəzet Ruslar müharibədən yorulub

525ci qəzet Ruslar müharibədən yorulub

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin 1000 günü arxada qaldı. Bir neçə gün, ən pis halda bir neçə həftə davam edəcəyi ehtimal olunan müharibənin 1000 günü arxada qalsa da, münaqişənin nə zaman başa çatacağı ilə bağlı aydın təsəvvür yoxdur. Bütün bunlar isə müharibənin davam etməsini istəyənlərin sayının azalmasına səbəb olur.

"Russian Field" tədqiqat qrupunun sorğusuna əsasən, Ukrayna ilə sülh danışıqları və ya dərhal sülh sazişinin tərəfdarı olan rusların sayı genişmiqyaslı müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb. Araşdırma 7-12 noyabr tarixlərində 1600 rusiyalı arasında telefon sorğusu şəklində aparılıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 53 faizi Ukrayna ilə sülh danışıqlarının başlamasının, cəmi 36 faizi "xüsusi hərbi əməliyyat" adı verilən müharibənin davam etdirilməsinin tərəfdarıdır.

Tədqiqat qrupu qeyd edir ki, hərbi əməliyyatın davam etdirilməsi tərəfdarlarının payı ən aşağı səviyyəyə, danışıqları dəstəkləyənlərin payı isə bütün müşahidə dövrü üçün ən yüksək səviyyəyə çatıb.

Rəy sorğusu zamanı məlum olub ki, respondentlərin 79 faizi prezident Vladimir Putin müharibəni dərhal dayandırmaq və Ukrayna ilə sülh sazişi imzalamaq qərarı versə, bu qərarı dəstəkləyəcək. Müharibənin dayandırılması fikrini ən çox qadınlar və 18-44 yaşlı arasındakı kişilər dəstəkləyir. Daha yaşlı nəsil isə müharibənin dərhal dayandırılması fikirini dəstəkləmir. Rəyi soruşulanların 60 faizi ilkin şərt olmadan Ukrayna ilə atəşkəs razılaşmasını dəstəkləyəcəklərini bildiriblər. Bütün bunlar Rusiya cəmiyyətinin müharibədən yorulduğunu göstərir.

Digər bir tədqiqat da rusların müharibədən yorulduğunu göstərir. Belə ki, 2024-cü ilin ilk doqquz ayında Rusiyada 13 milyon paket antidepresant satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Rusiyada antidepresantlara tələbatın kəskin artması Ukraynada tammiqyaslı müharibənin başlamasından dərhal sonra baş verib. Məlumata görə, Ukraynaya qarşı geniş miqyaslı müharibənin başlamasından sonra Rusiyada antidepresantların satışı 4,4 dəfə artıb. Belə tələbat, analitiklərin fikrincə, təkcə depressiya hallarının artmasını deyil, həm də digər pozğunluqların, o cümlədən, narahatlıq hallarının və uyğunlaşma pozğunluqlarının sayının artmasının nəticəsidir.

Ekspertlər hesab edirlər ki, Rusiya cəmiyyətində Donald Trampla bağlı müəyyən bir ümid var və ABŞ-da yeni administrasiyanın müharibəyə son qoyacağını düşünürlər. Əgər Tramp hakimiyyətinin ilk həftələrində müharibənin dayandırılması ilə bağlı ciddi uğurlara nail olmasa, bu gözləntilərin yerini ümidsizlik ala bilər. O zaman isə Rusiya cəmiyyətində ümidsizlik dərinləşə və rusların daha çoxu müharibənin əleyhinə çıxış edə bilər. Ekspertlər qış aylarında sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağını, bunun isə müharibə əleyhdarlarının sırasının genişlənməsinə səbəb olacağını düşünürlər. Bütün bunlar onu göstərir ki, müharibə son mərhələsinə daxil olub və bundan sonra uzun müddət davam edə bilməz. Buna görə də ehtimal etmək olar ki, müharibə avqust ayına kimi səngiyə, hətta hərbi əməliyyatların şiddətli dövrü başa çata bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri