Icma.az
close
up
RU
525ci qəzet “Şair Vaqif” gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub

525ci qəzet “Şair Vaqif” gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yük gəmisinin tərsanə təmiri başa çatıb.

525.az ASCO-ya istinadla xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib.

Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlər görülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illik yoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması ilə bərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb.

Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktau limanına olub.

Qeyd edək ki, uzunluğu 108,33 metr, eni 16,74 metr olan gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri