Icma.az
close
up
RU
525ci qəzet Saranı aparan əsarət seli

525ci qəzet Saranı aparan əsarət seli

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İlahə SƏFƏRZADƏ

Müharibəyə həsr olunmuş romanlarda dünyanın yaşadığı ağrılı tarixə dərindən nəzər salınaraq bu faciənin içində ədalət, həqiqət axtarışına çıxılır. Buna nə dərəcədə nail olduqlarından asılı olmayaraq müharibə mövzulu bütün əsərlərdə cəmiyyətə, insana və Tanrıya üsyan, dünyanın gərdişindən şikayət var. Elə son günlərdə oxuduğum İlqar Rəsulun "Sara" romanı da bu qəbildəndir. Yazıçı müharibənin insanlığa vurduğu zərbələri, onun dağıdıcı təsirlərini sarsıdıcı bir həqiqət kimi oxucuya təqdim edir, müharibənin ən böyük qurbanlarının həlak olanlardan daha çox yaşayan insanların ruhları olduğunu təsvir edir.

Müharibə yalnız fiziki zərər deyil, mənəvi zədələrin də mənbəyi, uzun illər boyunca insanların alt şüuruna yerləşmiş qorxu, narahatlıq və ruh düşkünlüyünün başlanğıcı, nəsildən-nəslə ötürülüb genetik kod kimi formalaşa bilən travmadır. Müharibədən sağ çıxmış insan yoxdur. Bir hissəsi cismən, digərləri də ruhən ölümə məhkum edilirlər. Bu əsərdəki bütün obrazları "ölü insanlar" da adlandırmaq olar. Çünki düşmən simasında yaradılan obrazlar ifrat dərəcədə vəhşi, insanlıqdan tamamilə uzaq xislətdə təsvir olunub, əsir düşərgəsində yaşayan insanların isə həyata, yaxşı gələcəyə olan ümidləri ölüb. Hər iki tərəf insana xas müsbət xüsusiyyətlərdən məhrum olaraq mənən bitmiş, cismən mövcud canlılar halına gəlmiş vəziyyətdədirlər.

Roman istənilən halda yazıçının təxəyyülü sayəsində ərsəyə gəlmiş bədii əsər olsa belə, buradakı fakt və hadisələrin real həyatdan götürülmüş olmaq gerçəyi oxucunu daha dərindən sarsıdır və düşmənə nifrət aşılayır. Hətta bəzi səhifələr oldu ki, oxuduqdan sonra düşündüm, yəqin ki, əsəri oxuyub axıra çatdıra bilməyəcəm. Bir müddət keçdikdən sonra yenidən davam etməyə güc tapa bildim. Düşmənin xalqımıza aman verməyib ən vəhşi üsullar və qəddarlıqla torpaqlarımızı, insanlarımızı ələ keçirərək işğal etməsini müəllif ətraflı, bütün dərinliyi ilə qələmə alıb.

Romanda iyirmi yaşlı qızın əsir düşərgəsindəki keşməkeşli, əzablı həyatı ön plandadır. Müəllif qeyd edir ki, əsir qızın olduğu "düşərgə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı nümayəndələrindən gizli saxlanılırdı". Hələ əsərin ən başından aydın olur ki, hansısa bir səbəbdən bütün digər girovların qıza xüsusi nifrəti var. Onlar düşmənə necə nifrət edirlərsə, bir o qədər də Saraya acıqlıdırlar: "Heç kim ona tərəf baxmırdı. Girovların Saradan zəhləsi gedirdi. Arvadlar yenə öz aralarında onun qeybətini edirdilər..."

Əsərdə zaman parçalanmaları da yer alıb. Oxucu, Saranın əsirlik həyatının bir hissəsi ilə tanışlıqdan sonra, onun ata-anasıyla birgə doğma vətənində qayğısız, xoşbəxt illəri ilə tanış olur. Məlum olur ki, bir zamanlar - yəni artıq ona çox uzaq və nağıl kimi görünən günlərdə ata-anasının sevimli, ağıllı övladı, yaşadığı kəndin isə daim diqqət mərkəzində olan qızı imiş. Yetkinlik yaşına çatan kimi tanış adamlar hamısı ona göz qoyur, öz ailələrində gəlin kimi görmək üçün valideynlərinə xəbərlər göndərirmişlər. Saranın əsirlikdəki faciəsi keçmişdəki bu xoşbəxt həyatın fonunda daha da ağrılı və bir o qədər də dözülmaz görünür. Yaşının az olmasına baxmayaraq, o, yetkin insanlar kimi düşünür və qərarlar verir. Sara romanda kifayət qədər ağıllı qız kimi təsvir olunur. Burada "ağıl" sözünü işlədərkən təkcə mənəvi keyfiyyətləri nəzərdə tutmuram. O, düşmənə qarşı hiyləgər davrana, eyni zamanda ona nifrət etmələrinə, ölüm arzulamalarına baxmayaraq, öz xalqının mənsublarına münasibətdə ədalətli və rəhmli olmağa qadirdir. Hətta düşmən onu öz istədiklərini etdirmək üçün məhz həmin girovları öldürməklə təhdid etdiyi zaman onları qorumaqdan ötrü hər deyiləni edəcək qədər də sadəlövh və geniş qəlbə sahibdir.

Düşərgədə Saranın başqa əsirlərlə söhbətləri yasaqlandığı üçün onlar qızı düşmənlərlə qeyri-əxlaqi münasibətlərə girmiş öz yerliləri olaraq görür və buna görə də ona daha çox nifrət edirdilər. Hətta yaşlı adamlardan biri öz dəyənəyi ilə vurub Saranın başını yarır və qoca çağında qadına əl qaldırmağa vadar etdiyi üçün də ona lənət oxuyur. Əslində, Sara düşərgədə təkcə düşmənlərə qarşı mübarizə aparmır, həm də mövcud vəziyyəti tamamilə yanlış anlayan girovlara qarşı da mübarizə aparmalı, onlardan da özünü qorumaq məcburiyyətində qalmalı olur.

Düşmən əsirliyində qalmış qadınlara olan münasibət çox ağrılıdır. Həm "Sara"da, həm də müharibəyə həsr olunmuş və baş qəhrəmanın qadın olduğu bir çox romanlarda rast gəldiyim ən sarsıdıcı məqamlardan biri də bu qadınların, vətənə geri dönə bilsələr də, onlara cəmiyyətin artıq tamam başqa, yəni neqativ münasibət göstərməsidir. Hətta bir çoxu geri dönməyi özlərinə sığışdırmayaraq intihar edir, ya da heç kimin onları tanımadığı hansısa uzaq yerlərdə kimsəsiz və səfil həyatı yaşayaraq bu dünyadan köçüb gedirlər. Elə "Sara" romanında da sonluq təxminən belədir. Sara aşiq olduğu Səlimi min bir əziyyətlə əsirlikdən xilas etməyə nail olsa da, özünə çarə, çıxış yolu tapa bilmir.

Romanda Leyla, Nəsibə və başqa qadın obrazları da yaradılıb ki, onlar da əsir düşərgəsinin ən sərt sınaqları ilə üzləşib diri ikən ölümə məhkum olunmuş qadınlardır. Ümumilikdə əsərdə təqdim olunan obrazlar müharibənin yalnız bir ölkə və ya millət üçün deyil, bəşəriyyətin ümumi faciəsi olduğunu dərk etməyə yönəldir və bununla da müharibənin qarşısıalınmaz olduğu düşüncəsini zəiflədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri