Icma.az
close
up
RU
525ci qəzet “Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi Rafael Hüseynov oldu

525ci qəzet “Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi Rafael Hüseynov oldu

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin sədr müavini Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.

525.az xəbər verir ki, bu barədə Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Milli Məclisin sədr mavini Rafael Hüseynov olub.

A.Hüseynli bildirib ki, Rafael Hüseynov milli ziyalı olaraq bütün fəaliyyəti ilə hər zaman dövlətimizə xidmət edib.

“Ümumilikdə Komissiya üzvləri tərəfindən 8 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov qalib elan olundu”.

A.Hüseynli deyib ki, Rafael Hüseynov həm jurnalist, yazıçı, alim, həm də millət vəkili kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.

“O, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda da hər zaman Azərbaycan davası edib. Bu baxımdan o, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri