525ci qəzet Tramp andiçmə mərasiminə kimləri dəvət edib?
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Argentina prezidenti Xavyer Miley, İtaliyanın Baş naziri Giorgia Meloni və Salvador prezidenti Nayib Bukele də daxil olmaqla bir sıra xarici liderləri 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib.
525.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
“Tramp çox istəyir ki, andiçmə mərasimində dünya liderləri iştirak etsin”, - deyə mənbə bildirib.
Bildirilir ki, dəvətlər əsasən qeyri-rəsmi kanallar vasitəsilə göndərilib, bir qismi isə digər məsələlərin müzakirəsi zamanı telefonla çatdırılıb.
CNN telekanalı xatırladıb ki, Trampın andiçmə mərasiminə dəvət alanlar arasında Çinin dövlət başçısı Si Tszinpin də var. Lakin onun yerinə yüksək səviyyəli Çin rəsmilərindən ibarət nümayəndə heyətinin andiçmə mərasimində iştirak edəcəyi gözlənilir.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















