525ci qəzet Ulu Öndər Heydər Əliyevin vəfatının 21ci ildönümü Gürcüstanda qeyd olunub
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda qeyd olunub.
525.az xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Ulu Öndərin Kür çayının sağ sahəsindəki Xatirə lövhəsi və Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.
Qeyd edək ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif bölgələrində anım tədbirləri, sərgi və "dəyirmi masa"lar təşkil olunub ("Report").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















