Icma.az
close
up
RU
525ci qəzet Umayra Tağıyeva: İqlim dəyişikliyi meşələri daha da zəiflədir

525ci qəzet Umayra Tağıyeva: İqlim dəyişikliyi meşələri daha da zəiflədir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqlim dəyişikliyi meşə yanğınları, zərərvericilər və xəstəliklər vasitəsilə meşələri daha da zəiflədir.

525.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu gün meşələr ciddi çağırışlarla üzləşir:

"İqlim fəaliyyətini və siyasətini gücləndirməliyik, çünki bu, meşələrin qırılmasının qarşısını alan, davamlı torpaq idarəetməsini təşviq edən, deqradasiyaya uğramış meşələri bərpa edən və meşələrin mühafizəsini milli iqlim fəaliyyət planlarına inteqrasiya edən siyasətlərin həyata keçirilməsi və gücləndirilməsi deməkdir".

U.Tağıyeva çıxışında meşələr üçün iqlim maliyyələşməsini səfərbər etməyin vacibliyinə də toxunub:

"İnnovativ maliyyələşdirmə mexanizmləri - karbon bazarları, ekosistem xidmətlərinə görə ödəniş, ətraf mühitin mühafizəsi üçün borcun restrukturizasiyası və mühafizə nəticələrinə əsaslanan ödənişlər həyati əhəmiyyət kəsb edir. Bu alətlər meşələrin mühafizəsi və bərpası üçün lazım olan resursların əldə edilməsində mühüm rol oynayır".

"Bundan əlavə, inteqrasiya edilmiş maliyyə modelləri, meşə təsir fondları və dövlət-özəl tərəfdaşlıq investisiyaları katalizə edə bilər. Biz bu həlləri genişləndirmək, maliyyələşdirmə boşluqlarını aradan qaldırmaq və resursların onlara ən çox ehtiyacı olan icmalara və ekosistemlərə çatmasını təmin etmək yollarını araşdırmalıyıq. Meşə maliyyələşməsi ilə bağlı məlumat mübadiləsi və bilik idarəetməsi üçün qlobal arxitekturanı gücləndirməliyik. Meşə maliyyələşdirmə imkanları, bilik mübadiləsi və ən yaxşı təcrübələr üçün qlobal mərkəz yaratmaqla şəffaflığı artıra, əməkdaşlığı gücləndirə və təsirli fəaliyyəti təşviq edə bilərik", - nazir müavini əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri