525ci qəzet “UNEC Könüllülük Həftəsi”nə start verilib
525.az saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 5-dən Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllülük Həftəsi”nə start verilib.
UNEC-dən 525.az-a bildirilib ki, dekabrın 11-dək davam edəcək layihənin məqsədi tələbələrdə könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onlara sosial məsuliyyət anlayışını aşılamaq və ictimai fəallığı artırmaqdır. “UNEC Könüllülük Həftəsi”, həmçinin gənc nəslin sosial məsələlərə, cəmiyyətin inkişafına və ümumi rifaha xidmət edən məsələlərə daha çox diqqət yetirməsini hədəfləyir.
Həftə ərzində tələbələr müxtəlif tədbir və layihələrə qatılaraq könüllülük anlayışı, onun əhəmiyyəti və cəmiyyətə olan faydaları ilə bağlı maraqlı məlumatlar əldə edəcəklər. Radio UNEC-də könüllülük fəaliyyətlərinin uğurlu nümunələri və təcrübələri barədə xüsusi proqramlar yayımlanacaq.
Layihə çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya edərək, Ulu Öndərin çoxşaxəli fəaliyyəti və zəngin irsi ilə tanış olacaqlar.
“Könüllülük Həftəsi”ndə bilik və idman yarışları, eləcə də mütaliə və esse müsabiqələri təşkil olunacaq. Tələbələr yarışlarda iştirak edərək öz bilik və bacarıqlarını sınayacaq, eyni zamanda, komandalar arasında sağlam rəqabət mühiti formalaşdıracaqlar.
Sevinc Qarayeva
Baxış sayı:59
Bu xəbər 05 Dekabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















