525ci qəzet UNEC proqramları FIBAA akkreditasiyasından keçib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - iqtisadiyyat (iqtisadi nəzəriyyə, iqtisadi siyasət, qiymətqoyma, ekonometrika, turizmin iqtisadiyyatı), maliyyə (bankçılıq, vergitutma, maliyyə nəzarəti, maliyyə bazarları), biznesin idarə edilməsi (biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.
UNEC-dən 525.az-a verilən məlumata görə, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib.
FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.
Sevinc Qarayeva
Baxış sayı:129
Bu xəbər 06 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















