54 xal fərqlə məğlubiyyət FOTO İdman və Biz
Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, yığmamız səfərdə Polşanın qonağı olub.
İlk 2 oyunda uduzan Evren Alkayanın komandası uğursuz seriyaya son qoya bilməyib. Bütün periodları üstün bitirən meydan sahibləri 54 xallıq fərqlə qalib gəliblər -105:51.
Qeyd edək ki, C qrupunun digər matçında Belçika Litva 81:70 hesabı ilə məğlub edib.
AVRO-2025, seçmə mərhələ
C qrupu, III tur
7 noyabr
23:30. Polşa – Azərbaycan - 105:51 (32:16, 32:15, 20:10, 21:10)
Hakimlər: Coş Bov (Cəbəllütariq), Kristin Simanovika (Latviya), Mariya Çiriç (Serbiya)
Sosnoviek, ArkelorMittal Park
1
Belçika
3
2
1
279-165
5
2
Polşa
3
2
1
245-188
5
3
Litva
3
2
1
244-216
5
4
Azərbaycan
3
0
3
141-340
3
İdman.biz