Icma.az
close
up
RU
57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirilib.

Lent.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həyata keçirilən tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Cari ilin avqust ayı ərzində Bakı şəhərində, habelə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyən edilib.

Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6.192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb. Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1.288 ədəd saxta aksiz markası, ümumi həcmi 25,0 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.

“Qeyd edilməlidir ki, saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.

Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması “kölgə iqtisadiyyatı”nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır,”- qurumun məlumatında qeyd olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:402
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri