6 ayda valyuta hərraclarında 757 mln. dollar satılıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın valyuta hərraclarında 757 milyon dollar satılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
“Müqayisə üçün, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard dollar, 2024-cü ildə isə 3,7 milyard dollar olub. Aprelin 1-dən etibarən keçirilən 101 valyuta hərracında cəmi 203 milyon dollar satılıb. Mərkəzi Bank isə iyulun 30-u daxil olmaqla valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirərək ümumilikdə 2 milyard 77 milyon dollar alıb. Nəticədə, ehtiyatların idarə olunması və alışyönümlü müdaxilələr hesabına Mərkəzi Bankın valyuta ehtiyatları 19,4% və ya 2,2 milyard dollar artaraq 13,7 milyard dollara yüksəlib”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, bank sektorunda dedollarizasiya prosesi davam edir: “Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2026-cı ilin iyun ayının sonunda 25,6% olub ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalma deməkdir. Qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 53,5% təşkil edib və ilin əvvəlindən 8,3 faiz bəndi azalıb. Hesabat dövründə fiziki şəxslərin manat əmanətləri 11,6% və ya 1,3 milyard manat artıb. Nəticədə, fiziki şəxslərin manat əmanətlərinin ümumi həcmi 2026-cı ilin iyun ayının sonuna 12,5 milyard manata çatıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 31 İyul 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















