6 cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Hazırda əksər müəllimlər tarix fənni dərsliklərinin çox ağır olduğunu və şagirdlərin bundan əziyyət çəkdiyini deyirlər. Hətta yaxın günlərdə müəllimlərdən biri 6-cı sinif Azərbaycan tarixi kitabında ibtidai icma quruluşu mövzusunun 63 səhifəni əhatə etdiyini göstərib, etirazını bildirmişdi. Bəli, bir mövzunun bu qədər geniş olması şagirdlərə fayda vermir.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev dərsliklərin çox yüklü olmasını bəhs edərkən deyib.
Ekspertin sözlərinə görə, bu gün ölkəmizdə universitetə hazırlıq prosesi çətindir:
“Orta təhsil məktəblərində və ya ali təhsil müəssisələrinə hazırlıq istiqamətində dərsliklər, eləcə də suallar asan olmalıdır. Abituriyentin 5-6 fənndən imtahan verdiyini və təkcə tarixdən nə qədər kitab oxumalı olduğunu nəzərə alsaq, vəziyyətin ciddiyətini anlayarıq.
Biz imtahanları çətinləşdirdikcə, uşaqlar ali təhsil üçün xarici ölkələrə daha çox üz tutur”.
Ekspert bildirib ki, qəbul imtahanlarında ümumi tarixdən sual salınmasının əleyhinədir:
“Hətta buna Qazaxıstanı nümunə də çəkə bilərəm. Onlarda coğrafiya, tarix və ana dili fənlərindən ancaq ölkə üzrə suallar tərtib olunur”.
Ekspert qeyd edib ki, bu istiqamətdə müəyyən tənzimləmələr həyata keçirilə bilər:
“Məncə, fənlərin və ya mövzuların sayını azalda, hətta imtahanlarda öz tarix, ədəbiyyat və ya coğrafiyamızdan suallar sala bilərik”.
Baxış sayı:340
Bu xəbər 05 May 2026 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















