Icma.az
close
up
RU
6 cı sinif şagirdləri üçün lisey və gimnaziyalara qəbul başlayır

6 cı sinif şagirdləri üçün lisey və gimnaziyalara qəbul başlayır

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

"Unikal" xəbər verir ki, bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Qeyd edək ki, qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya; Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya; Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi; Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri, Texniki humanitar lisey; Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi; Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; Sumqayıt şəhər, ‘İstedad’ liseyi; Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi; Sumqayıt şəhər, “Təfəkkür” liseyi; Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya; Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey; Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey; Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey; Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey; Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey; Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya; Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey; Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey; Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb; Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey; Qobustan şəhər, 2 nömrəli tam orta məktəb; Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi; Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey; Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri