Icma.az
close
up
RU
6 cı Yerli şirkətlərin tanıtım sərgisi nə dair brifinq keçirilib

6 cı Yerli şirkətlərin tanıtım sərgisi nə dair brifinq keçirilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinq keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və "Marsol Group"un təsisçisi Tural Mustafayev sərginin məqsədi, təqdim olunacaq yeniliklər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edilib ki, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək "Yerli şirkətlərin tanıtım sərgisi" artıq altı ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edəcək. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi dörd gün davam edəcək. Sərginin başqa bir fərqi, bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə "B2B" formatlı görüşlərinin təşkil olunmasıdır. Bu, mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə edilib.

Eyni zamanda, KOBİA tərəfindən mikro və kiçik bizneslərə dəstək məqsədilə sərgidə KOB-lar üçün ödənişsiz stend də qurulub.

Brifinqdə vurğulanıb ki, sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunublar.

Yerli şirkətlər üçün sərgini əhəmiyyətli edən məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq və müqavilələr imzalamaq, istehlakçıların fikirlərini öyrənərək məhsullarını təkmilləşdirmək, satışı artırmaq imkanı əldə etmələridir.

Ziyarətçilər isə sərgidə geniş çeşiddə yerli istehsal məhsullarını bir arada görmək, yeni xidmətlər və texnologiyalarla əyani tanış olmaq, yerli məhsulların, xüsusilə də bazara ilk dəfə çıxarılan məhsulların dadına baxmaq, təqdimatlarda iştirak etmək, istehlak etdikləri yerli məhsulların istehsalçıları ilə görüşərək onları maraqlandıran məsələlərlə bağlı sahibkarlarla fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu ("Koroğlu" metro stansiyasından (Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində "Yerli şirkətlərin tanıtım sərgisi" qeyd ediləcək.

"Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin builki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).

Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi" 2019-cu ildən etibarən keçirilir. 2024-cü ildə keçirilmiş sərgiyə 22 minə yaxın ziyarətçi qatılıb.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri