Icma.az
close
up
RU
6 mart tarixində kimlər xatırlanır?

6 mart tarixində kimlər xatırlanır?

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


6 mart bəzi tarixi şəxslərimizin doğum və anım günləri ilə yadda qalıb.
Missiya.Az 
onları təqdim edir:

1. 6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı, ictimai - siyasi və dövlət xadimi dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən M. Ə. Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub, onun ölüm səbəbi şəkər xəstəliyi olub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb. (1884-1955). Görkəmli şəxsiyyətin olduqca dəyərli publisistik yazıları da var.

2. Çar Rusiyasının general-mayoru, “Artilleriyanın atası” generalı Əliağa Şıxlınski və General Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş İbrahim ağa Usubov 6 mart 1872-ci ildə anadan olub. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif edilib. 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasında güllələnib. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İbrahim Usubovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri