Icma.az
close
up
RU
6 min məhbus həbsdən qaçdı

6 min məhbus həbsdən qaçdı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Milad günü Mozambikin paytaxtı Maputoda yüksək rejimli həbsxanadan ən azı 6000 məhbus qaçıb. 

Hadisə seçkinin nəticələrinə etirazların gücləndiyi bir vaxtda baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Mozambik polisinin baş komandiri Bernardino Rafael qaçış zamanı 33 məhbusun öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

Oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsi Konstitusiya Şurası tərəfindən təsdiqləndikdən sonra ölkə daxilində başlayan etirazlarda polis maşınları, polis bölmələri və ictimai infrastrukturlar hədəfə alınıb.

Bu dövrdə Maputo mərkəzi həbsxanasında bir qrup məhbus vəzifədə olan mühafizəçilərin silahlarını ələ keçirərək üsyana cəhd edib və digər məhbusları azad ediblər.

Hadisə ilə bağlı açıqlama verən B.Rafael həbsxanada 29 terrorçu məhkumun olduğunu və onların da qaçanlar arasında olduğunu bildirib: 

“Bu vəziyyət həm bizi, həm müdafiə və təhlükəsizlik qüvvələrini, həm də Mozambik xalqını narahat edir. Nümayişçilər məhbusların azad olunmasını tələb edərək həbsxananın divarlarını uçurdular". 

Sosial şəbəkələrdə paylaşılan həvəskar videolarda məhbusların həbsdən buraxıldığı anlar və təhlükəsizlik qüvvələrinin qaçan məhbusları yaxalamaq cəhdləri əks olunub. Bəzi məhbusların evlərdə gizlənməyə çalışdığı görünür, lakin bir çoxu geri qaytarılıb.

B.Rafael qaçan məhbuslardan könüllü təslim olmalarını və ictimaiyyətdən onların harada olduqları barədə səlahiyyətlilərə məlumat vermələrini xahiş edib.

Mozambikdə seçkidən sonra gərginlik artdıqca insident ölkədə təhlükəsizliklə bağlı narahatlıqları daha da dərinləşdirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see354

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see270

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see242

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see235

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see232

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see199

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see192

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see189

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see170

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see164

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see163

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see158

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see148

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri