6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmənin SON VƏZİYYƏTİ
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 5-i hərbçi olmaqla 6 nəfər həyatını itirib, 13 yaşlı Z.Həsənov xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB yeniyetmənin son vəziyyətini açıqlayıb.
Bildirilib ki, yeniyetmə saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Pasiyent ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yeniyetmə qəzada "Vaz" markalı avtomobillə toqquşan "Mercedes"in sürücüsü 47 yaşlı Tovuz rayon sakini Elmar Həsənovun oğludur. Sürücü və "Vaz" markalı avtomobildə olan 5 hərbçi hadisə yerində ölüblər.Modern.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















