Icma.az
close
up
RU
“60 90 gün ərzində prezident seçkiləri keçirməyə hazırıq” − Zelenski

“60 90 gün ərzində prezident seçkiləri keçirməyə hazırıq” − Zelenski

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, İtaliyada jurnalistlərin suallarını cavablayarkən deyib. 
Zelenskinin sözlərinə görə, Ukrayna hökumətinin “öz kreslosundan yapışdığına” və guya buna görə müharibənin bitmədiyinə dair iddialar “tamamilə qeyri-adekvatdır”. Ukrayna lideri vurğulayıb ki, səsvermə yalnız ölkə vətəndaşlarının təhlükəsizliyinə təminat verilməklə keçirilə bilər:
“Seçkilərin keçirilməsi ilə bağlı iki məsələ var. Təhlükəsizlik - bunu hücum altında, raketlər altında necə etmək olar. İkincisi, seçkilərin keçirilməsinin legitimliyi üçün qanunvericilik bazasıdır”.
Ukrayna prezidenti açıq şəkildə ABŞ və onun avropalı tərəfdaşlarından səsvermənin keçirilməsi üçün şərait yaratmağı xahiş edib:
“Mən seçkilərə hazıram. Üstəlik, mən ABŞ-dən, ola bilsin, avropalı həmkarlarımızla birlikdə seçkilərin təhlükəsizliyini təmin etməyi xahiş edirəm. Bundan sonra 60-90 gün ərzində Ukrayna onları keçirməyə hazır olacaq”.
Zelenski həmçinin Ukrayna deputatlarını hərbi vəziyyət dövründə seçkilər haqqında qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlamağa çağırıb:
“Mən sabah Ukraynada olacağam, tərəfdaşlardan və parlament üzvlərindən təkliflər gözləyəcəyəm və seçkilərə getməyə hazıram”.
Qeyd edək ki, Ukrayna qanunlarına görə, hərbi vəziyyət dövründə seçkilər, o cümlədən prezident seçkiləri keçirilə bilməz.
Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevralında Rusiya qoşunlarının genişmiqyaslı işğalından sonra tətbiq edilib. Mütəmadi olaraq uzadılır. 
ABŞ Prezidenti Donald Tramp da dəfələrlə Ukraynada prezident seçkilərinin keçirilməsini istəyib. Konkret olaraq, dekabrın 9-da “Politico”ya müsahibəsində o bildirib: “Məncə, vaxt yetişib. Hesab edirəm ki, seçkilərin keçirilməsinin vaxtıdır. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin məncə, Ukrayna xalqının seçimi olmalıdır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Dekabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri