Icma.az
close
up
RU
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. 

AzEdu.az bu münasibətlə Reyhan müəllimlə əlaqə saxlayıb. 

Onun sözlərinə görə, bu nəticəni heç bir hazırlığa getmədən əldə edib:

"Naxçıvan Dövlət Universitetinin ingilis dili fakültəsinə 507 balla qəbul olmuşam və universiteti qırmzı diplomla bitirdim. 2011-ci ildən etibarən 14 saylı orta məktəbdə müəllim kimi fəaliyyətə başladım və artıq 14-15 ildir ki, ingilis dili müəllimi kimi çalışıram.

Birinci sertifikasiya imtahanında 56 bal topladım. Müsahibə mərhələsində isə 40 bal əldə etmişəm.

Yeni keçirilən sertifikasiya imtahanındakı suallara gəldikdə isə, düşünürəm ki, suallar yaxşı tərtib olunmuşdu və asan, orta, çətin səviyyələr üzrə bölünmüşdü. Həm mətn, həm də qrammatika bölmələri üzrə suallar var idi və ümumilikdə hər bir müəllimin səviyyəsini yoxlamağa imkan yaradırdı. Hazırlaşan müəllim üçün bu sualların öhdəsindən gəlmək mümkün idi.

Birinci imtahanda 56, ikinci imtahanda isə 60 bal toplamağımın əsas səbəbi öz üzərimdə daha intensiv işləməyim oldu. Mən heç bir hazırlıq kursuna getməmişəm. Daha çox mütaliə edərək, çalışaraq və zəhmət çəkərək nəticə əldə etmişəm. Bu prosesdə kifayət qədər əziyyət çəkmişəm və deyə bilərəm ki, çox ciddi şəkildə hazırlaşmışam.

Sertifikasiya imtahanlarının keçirilməsinə ümumilikdə müsbət yanaşıram. Düşünürəm ki, xüsusilə gənc müəllimlər üçün bu proses çox faydalıdır. Yaşı daha çox olan müəllimlər üçün müəyyən çətinliklər yarada bilər, amma gənc nəsil üçün inkişaf baxımından olduqca önəmlidir".

Sertifikasiyadan keçmək müəllimlərin inkişafı üçün faydalıdır:

"Bu imtahan prosesi bizim üçün bir növ marafon oldu. Çətin və zəhmətli olsa da, eyni zamanda maraqlı və inkişaf etdirici bir mərhələ idi. Bu müddət ərzində həm biliklərimizi artırdıq, həm də ixtisasımıza daha dərindən yiyələndik. Mən özüm hiss edirəm ki, bu proses mənə daha çox özünəinam qazandırdı və peşəkar inkişafımda mühüm rol oynadı.

Ümumilikdə bu proses həm rəqabət, həm də inkişaf mühiti yaratdı. Çətinliklər olsa da, nəticə etibarilə faydalı və maraqlı bir dövr idi. Hətta bu müddətdə mənim övladım da imtahana hazırlaşırdı və biz birlikdə çətin, amma məhsuldar bir mərhələdən keçdik. Düşünürəm ki, belə imtahanlar müəllimlərin biliklərini yeniləməsinə, öz üzərində işləməsinə və yeni məlumatlarla tanış olmasına imkan yaradır.

Hər 5 ildən bir bu cür prosesdən keçmək müəllimlərin inkişafı üçün faydalıdır. Bu dövrdə yeni kurikulum dəyişiklikləri, dərsliklər və tədris materialları ilə tanış olur, biliklərimizi təzələyirik. Mən hazırlıq kurslarına getməsəm də, onlayn materiallardan, müxtəlif vəsaitlərdən və dərsliklərdən istifadə etdim və bu da mənim üçün kifayət etdi".

Bir çox müəllim sertifikasiya imtahanına hazırlıq üçün müxtəlif təlimçilərə və repetitorlara müraciət edir:

"Mən bu yanaşmaya mənfi baxmıram, çünki insanlar fərqlidir və hər kəsin öyrənmə üsulu, hazırlıq tərzi və psixoloji yanaşması eyni deyil. Mən isə özünə güvənən, iradəsinə və əzminə inanan bir insanam. Hesab edirəm ki, potensialım var və təkbaşına hazırlaşıb nəticə əldə edə bilərəm. Elə buna görə də indiyədək heç bir hazırlıq kursuna getməmişəm və heç kimdən xüsusi dəstək almamışam. Hətta diaqnostik qiymətləndirmədə də yüksək nəticə göstərmişəm.

Bəzi müəllimlərin əlavə dəstəyə ehtiyacı ola bilər və bu, tam normaldır. Məncə burada əsas məsələ kiminsə hazırlığa gedib-getməməsi deyil, müəllimin öyrənmək istəyi və öz üzərində işləməsidir. Əgər bir müəllim təlimlərə qatılaraq, kimdənsə öyrənərək özünü inkişaf etdirir və nəticə əldə edirsə, bunun heç bir mənfi tərəfi yoxdur, əksinə bu, müsbət haldır. Öyrənmənin hansı yolla baş verməsinin fərqi yoxdur, əsas nəticə və inkişafdır. Mən öz yolumu seçmişəm və bu yolla irəliləmişəm, amma başqa bir müəllim təlimçi dəstəyi ilə eyni nəticəyə gəlirsə, nəticə etibarilə hər iki yol eyni məqsədə aparır.

Digər tərəfdən, öz fənni üzrə keçid balını belə toplaya bilməyən müəllimlər məsələsinə də anlayışla yanaşmaq lazımdır. Müəllim elə bir peşə sahibidir ki, daim öz üzərində işləməli və özünü inkişaf etdirməlidir. Müəllim zəif də ola bilər, orta səviyyədə də, güclü də. Əsas odur ki, hər kəs öz səviyyəsinin fərqində olsun və onun üzərində işləsin. Özünü inkişaf etdirmək üçün səy göstərmək vacibdir. Minimum keçid balını, yəni 60 sualdan 30-nu toplamaq hər bir müəllimin qarşısında duran əsas tələblərdəndir və buna nail olmaq üçün çalışmaq lazımdır.

Bununla belə, elə hallar olur ki, müəllim keçid balını toplaya bilmir. Bunun səbəbləri müxtəlif ola bilər: psixoloji vəziyyət, şəxsi həyat, maddi və ya mənəvi çətinliklər. İnsanların həyatında fərqli situasiyalar olur və hər kəs eyni şəraitdə yaşamır. Ona görə də kimisə bu səbəblərə görə qınamaq düzgün deyil. Belə hallarda ən doğru yanaşma həmin müəllimlə fərdi şəkildə danışmaq, vəziyyətini anlamaq və dəstək olmaqdır".

İmtahan nəticəmi görəndə isə təəccübləndim və sevindim:

"Açığı, yaxşı nəticə gözləyirdim, çünki ümumilikdə öz nəticələrim stabil olub, amma 60 balı tam toplayacağımı əvvəlcədən düşünmürdüm. Bəzi mətnlər kifayət qədər çətin idi və onları düzgün anlamaq asan deyildi. Bu nəticə mənim üçün həm uğur, həm də sevinc oldu. Müsahibə mərhələsində də 40 bal toplamağı ümid edirəm.

Digər müəllimlərə tövsiyəm odur ki, ilk növbədə özlərinə konkret məqsəd qoysunlar. Mən hər zaman özümə yüksək nəticə hədəfi qoymuşam və bunu bir məsuliyyət kimi qəbul etmişəm. Bir dəfə yüksək nəticə əldə etmişəmsə, ondan aşağı nəticə mənim üçün qəbuledilməz olub. Həm kollektivim, həm də rəhbərlik qarşısında etimadı doğrultmağa çalışmışam. Müəllim öz səviyyəsini qorumaqla yanaşı, onu daim inkişaf etdirməlidir.

Bu gün ingilis dili demək olar ki, bütün sahələrdə əsas tələblərdən biridir. Xaricdə təhsil, iş imkanları və ümumilikdə karyera prosesində ingilis dili ön plana çıxır. Hətta işə qəbul zamanı CV-lərdə ilk tələb olunan bacarıqlardan biri də məhz ingilis dilidir. Buna görə də valideynlər də erkən yaşlardan uşaqların bu dili öyrənməsinə xüsusi diqqət yetirirlər və nəticədə şagirdlərin bazası daha möhkəm formalaşır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 May 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri