60 faizdən yuxarı gəlir vəd edilirsə, qulaq asmadan qaçın İqtisadçı
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son dövrlər çox insan gəlir qazanmaq istəyərkən əslində illərlə yığdığı pulları itirir. Tiktok, Teleqram və digər sosial şəbəkələrdə bir çox fırıldaq sxemləri "investisiya" adı ilə insanların cibinə girir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, sizə illik 5 faizədək gəlir vəd edirlərsə, bu ənənəvi depozit, istiqraz kimi alətlərdir:
"Gəlir azdır, amma pul təhlükədə deyil. 6-12 faiz aralığında vədlər varsa, bu artıq real xidmət və ya kirayə gəliri ola bilər. Araşdırılsa, sənədlərlə təsdiqlənsə, mümkündür. Əgər 13-25 faiz arası gəlir vəd edilirsə, burada artıq suallar yaranmalıdır. Yalnız konkret fiziki iş varsa, istehsal, emal və s. mümkündür. Amma sizə izah etmirlər ki, bu qazanc haradan gəlir, onda düşünün. 26-40 faiz arasında gəlir təklifi eşidirsinizsə, diqqət ən yüksək olmalıdır. Real görünə bilər, amma bu artıq sərhəd zonasıdır. Əgər konkret məhsul, ticarət, satış strukturu göstərilmirsə, ehtiyatlı olun. Və nəhayət, əgər sizə illik 40 faizdən yuxarı gəlir vəd edilirsə, bilin ki, bu fırıldaq ehtimalı ilə doludur. Bu gəlirlər yalnız saxta piramida sistemlərində, ya da çox böyük risklərlə mümkündür. Xüsusilə, 60 faizdən yuxarı vəd edilirsə, izaha belə qulaq asmadan qaçın", - deyə iqtisadçı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 May 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















