60 manata əl enerjisi ilə “müalicə” edir Özbək “həkim” üçün izdiham+Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri “Qaynarinfo” yayıb.
Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.
O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.
Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.
Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.
Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Mart 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















