Icma.az
close
up
RU
60 metrlik asteroidin Yerlə toqquşma ehtimalı araşdırılır

60 metrlik asteroidin Yerlə toqquşma ehtimalı araşdırılır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Alimlər eni 60 metr olan və 2032-ci ildə Yerlə toqquşacaq yeni asteroid kəşf ediblər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "2024 YR4" adlanan bu asteroid 2032-ci ilin dekabrında Yerə çox yaxınlaşacaq.

Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın məlumatına görə, bu asteroid Yerə 106 min kilometrə qədər yaxınlaşa bilər. Lakin orbitdəki qeyri-müəyyənlikləri nəzərə alsaq, Yerlə birbaşa toqquşma ehtimalı da var.

Əgər "2024 YR4" Yerə çarparsa, atmosferdə böyük partlayış (hava partlaması) və ya səthdə krater yarada bilər. Mütəxəssislərin fikrincə, bu toqquşma 1908-ci ildə Sibirdə milyonlarla ağacı məhv edən Tunquska hadisəsinə oxşar təsirlər yarada bilər.

Hazırkı məlumatlara görə, mümkün toqquşma nöqtəsi Cənubi Amerikadan Atlantik okeanına və Cənubi Afrikaya qədər uzanan ərazini əhatə edir. Ancaq elm adamları qəti məlumatın yalnız sonrakı müşahidələrlə ortaya çıxacağını bildirirlər.

Asteroidin ölçüsü və quruluşu onun təsirinin miqyasını təyin edən ən mühüm amillərdir. Mövcud hesablamalara görə, "2024 YR4"ün eni təxminən 60 metrdir. Bununla belə, bu ölçü səthin parıltısından asılı olaraq dəyişə bilər. Daha tünddürsə daha kiçik, daha parlaqdırsa daha böyük görünə bilər. Alimlər 2028-ci ildə apararacaqları müşahidələrlə bu barədə daha çox məlumat əldə etməyi planlaşdırırlar.

NASA-nın dəstəklədiyi ATLAS layihəsi çərçivəsində Çilidə kəşf edilən bu asteroid daha sonra Arizonadakı Katalina Rəsədxanası tərəfindən müşahidə edilib. Katalina Sky Survey mühəndisi David Rankin: "Hazırda narahat olmağa ehtiyac yoxdur, çünki toqquşma ehtimalı hələ də çox aşağıdır. Çox güman ki, bu asteroid Yer kürəsini narahat edəcək", - deyib.

Astronomlar yaxın illərdə "2024 YR4"ü yaxından izləyərək daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar. 2028-ci ildə asteroid Yerə yaxından keçəcək ki, bu da onun ölçüsü, strukturu və orbiti haqqında daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu müşahidələr nəticəsində onun həqiqətən təhlükə yaradıb-yaratmadığı 2032-ci ildə bəlli olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri