60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib k, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.
"İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək", - məlumatda qeyd olunub.

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb
21 İyun 2025 11:05
Məktəbəhazırlıq qruplarına qəbul başlayıb YENİLƏNİB
21 İyun 2025 15:29
43 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olub
18 İyul 2025 16:21
Məktəbəhazırlıq qruplarına 20 mindən çox uşaq qəbul olundu
07 Avqust 2025 15:54
Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdə başlayacaq
14 İyun 2025 15:01

