Icma.az
close
up
RU
“60 yaşdan sonra heç kəsə lazım deyilsən... meydançada öləcəyəm” Ağasəlim Mircavadovla MÜSAHİBƏ

“60 yaşdan sonra heç kəsə lazım deyilsən... meydançada öləcəyəm” Ağasəlim Mircavadovla MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Millimizin oyunçuları pis deyil, yaxşıdırlar. Lakin onları toparlayıb bir komanda vəziyyətinə gətirmək hələ alınmır. Bu, baş məşqçinin səlahiyyətindədir. Komanda səviyyəsində yaxşı oyun aparılmır. Azərbaycanın futbol millisində hələ intizamsızlıq var. Baş məşqçi klub məşqçisi ilə toplantı etməli və öz fəlsəfəsini bildirməli idi. Mən Neftçi klubunun baş məşqçisi olanda biz belə işləyirdik. Oyunçuları hansı istiqamətdə inkişaf etdirməyi müzakirə edirdik".    

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. 

- Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernandu Santuşdan gözləntiləriniz nədir. Sizcə o, millimizin oyununa ciddi təsir göstərə biləcəkmi?

 - 1994-cü ildən bu fikirdəyəm ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır. 90-cı illərdə biz məşqçilərin və futbolçuların bir forması var idi. Hər şeyin kasad vaxtında futboldan üz döndərmirdik. İndi isə futbolçular və məşqçilər hər şeylə təmin olunublar.

Sualınızdan kənara çıxaraq onu da qeyd edim ki, hazırda Azərbaycan futbolunda ən böyük faciə məşq meydançalarının olmamasıdır. Bölgələrdə vəziyyət lap pisdir. Doğrudur, üstü bağlı pullu meydançalar var. Saatı 60-80 manatdır. Hər valideyn imkanlı deyil ki, uşağını ayda 3-4 dəfə belə meydançalara oyuna göndərsin. Uşaq futbolu küçədə oynamalıdır. Azərbaycanda mütləq məhəllə futbolunu bərpa etmək lazımdır.

Fernandu Santuşa gəlincə isə deyim ki, o,  Portuqaliya millisi ilə “2016 Avropa çempionatı”nda və “2019 Millətlər Liqası”nda çempion oldu. Onun oyunçuları Avropanın top klublarında oynayırdılar. Gürcüstan Avropa çempionatına gedəndə 26 nəfər UEFA-ya ərizə verdi. O 26 nəfərdən 23-ü xarici klublarda oynayırdı. Qarabağ klubunun “Lion”la dünənki oyununda qapımıza iki qol vuran hücumçu gürcüdür. Bununla nə demək istədiyimi anladınız.

- “Qarabağ”ın builki şanslarını necə dəyərləndirirsiniz. Oyunlar necə keçdi?

 - “Qarabağ”- “Norveç” oyununu çıxmaq şərti ilə bütün oyunlarda üstün oldu. Həmin oyunda həddindən artıq qol vəziyyəti oldu, lakin bizimkilər istifadə etmədilər.  Hətta dünənki oyunda da neçə qol vura bilərdi. “Lion” “Qarabağ”ın oyun taktikasını tam analiz edib maça daxil olmuşdu. Ümumilikdə isə klubun oyunları çox yaxşıdır. Az xal qazansa da, öz imicini saxlayır. 

- Qurban Qurbanova hücumlar son zamanlar artıb. Müzakirələrdən düşmür. Sizcə ona qarşı bu, nə dərəcədə ədalətlidir?

- Udanda qəhrəman elan edirlər, uduzanda isə “pis adamsan” deyirlər. Qurban Qurbanovun əməyini heç cür danmaq olmaz.

- Hazırda siz nə işlə məşğulsunuz? Günləriniz necə keçir?

- Pensiyaçı adamam. Məşqçilərlə arada görüşürəm, fikirlərimi bildirirəm. Azərbaycanda 60 yaşdan sonra heç kəsə lazım deyilsən. Bütün ömrümü meydançada keçirmişəm. Meydançada da öləcəyəm. Böyük oğlum 1992-ci ildən futbolda idi. Sonra oyunların başını buraxdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri