60 yaşlı kişi ona sağalması üçün qulluq edən arvadını döydü
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara rayonunda 60 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də Astara şəhəri, H.Əliyev prospektində baş verib.
1966-cı il təvəllüdlü Musa həmin gün səhər saat 5 radələrində fərdi yaşayış evində olan zaman arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Musa şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı arvadı Südabədən nəyə görə ona gündəlik dərman preparatları verdiyini soruşub. Qadın isə onun xəstə olduğu üçün dərman verməsini bildirib.
Buna görə də onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı o, arvadının sol göz nahiyəsinə qəsdən yumruq və şillə ilə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:60 yaşlı kişi ona xəyanət edən arvadını bıçaqladı TƏFƏRRÜAT
13 Noyabr 2024 18:31
Şəmkirdə 33 yaşlı kişi arvadını döydü
24 Dekabr 2024 15:12
Bakıda 47 yaşlı kişi arvadını döydü
10 İyun 2025 20:19
Qusarda 47 yaşlı kişi arvadını döydü
29 İyul 2025 16:47
43 yaşlı kişi keçmiş arvadını döydü
18 Avqust 2025 18:21
Baxış sayı:142
Bu xəbər 17 Mart 2026 15:24 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları